Qazaxıstanda iki dəmiryolçunu qatar vurdu

Qazaxıstanda iki dəmiryolçunu qatar vurdu Dünya

Qazaxıstanın Jambil vilayətində qatar iki dəmiryolçunu vuraraq ölüb.

News24.az xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Yanvarın 21-də yerli vaxtla saat 07:27-də (Bakı vaxtı ilə 05:27) Zideli-Bərlik istiqamətində qatar dəmiryolçularla toqquşub.

Məlumata görə, sürücü təcili əyləci basıb, lakin bu hərəkətlər qəzanın qarşısını almaq üçün kifayət etməyib. 

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə