İranda neçə milyon azərbaycanlı yaşayır? – “Mossad”ın rəqəmi təəccübləndirdi

İranda neçə milyon azərbaycanlı yaşayır? – “Mossad”ın rəqəmi təəccübləndirdi Dünya

İsrailin xarici kəşfiyyat xidməti “Mossad” İranda etnik tərkibi əks etdirən xəritə paylaşıb.

Paylaşımda “İranın təxmini etnik xəritəsi” təqdim olunub.

Xəritədə İran əhalisinin təxminən 91,6 milyon olduğu qeyd edilir.

Məlumata görə, əhalinin 48,2 faizini farslar təşkil edir.

Azərbaycanlıların payı 17,1 (təxminən 16 milyon), kürdlərin payı isə 10 faiz göstərilir.

Bundan başqa, xəritədə lurlar (6,7%), mazandaranlılar (5,2%), giləklər (2,8%), ərəblər (2,7%), bəluclar (2,3%), türkmənlər (1,6%), qaşqaylar (1,2%) və talışlar (1%) ayrıca qeyd olunub.

Məlumat üçün bildirək ki, bəzi mənbələr İranda təxminən 30 milyona yaxın azərbaycanlının yaşadığını yazır.//Globalinfo.az