Türkiyə ordusunun QİSAS ƏMƏLİYYATI - 77 terrorçu MƏHV EDİLDİ
Dünya
Türkiyənin "Pençe-kilit" əməliyyatı çərçivəsində İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları ilə mağara, sığınacaq və neft obyektlərindən ibarət 78 hədəf məhv edilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər məlumat verib.
Əməliyyat nəticəsində 77 terrorçu məhv edilib.
Qeyd edək ki, yanvarın 12-də "Pençe-kilit" əməliyyatı zamanı Türkiyə ordusunun 9 hərbçisi şəhid olub.