Türkiyədə 100-ə yaxın tələbə bu səbəbdən zəhərləndi
Dünya
Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada yedikləri yeməkdən zəhərlənib.
News.24.az xəbər verir ki, bu barədə Kastamonu valiliyindən bildirilib.
Qeyd edək ki, Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına köçürülən 72 şagirdin müalicəsi davam edir və heç bir həyati təhlükəsi yoxdur.
Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulantısı, baş gicəllənməsi kimi hallar müşahidə olunub.
Hadisə ilə bağlı tədqiqat başladılıb.
Mehriban Mirzəzadə