Ukrayna ordusu Rusiya ərazisinə hücuma hazırlaşır
Dünya
Briqadaların və hərbi qruplaşmaların rotasiyası onu göstərir ki, Ukrayna ordusu Belqorod vilayətinə daxil olmağa hazırlaşır.
News24.az xəbər verir ki, bu iddia ilə politoloq Kamran Cəfərov çıxış edib.
O xatırladıb ki, bir neçə gündür Belqorodun kütləvi bombardmana məruz qalması təsadüf deyil.
Ekspertin fikrincə, ukraynalı mütəxəssislər Rusiya ordusunda rabitə ilə bağlı yaranan problemlərdən istifadə etməyə çalışırlar.
Qeyd edək ki, Rusiya ordusu üçün Ukrayna ərazisində “Starlink” peyk xidmətinə çıxış bloklanıb, nəticədə rus bölmələri arasında rabitə pozulub, dəqiq zərbələr endirmək çətinləşib, xaotiklik yaranıb.(ar