Ukrayna təhdid altında: - "indi Qərbin diqqəti Yaxın Şərqdəki münaqişələrə...."
Dünya
Ukrayna Rusiya ilə tammiqyaslı münaqişənin üçüncü ilinə hazırlaşarkən, onun hakimiyyəti yeni cəbhədə mübarizə aparır: onlar öz müttəfiqlərinin diqqətini cəlb etməyə çalışırlar.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edir ki, Yaxın Şərqdəki vəziyyət Ukrayna üçün böyük təhlükədir.
“Hazırda Qərbin diqqəti Yaxın Şərqdəki münaqişələrə, xüsusən də İsrailin HƏMAS-la müharibəsinə və Yəməndə husilərlə qarşıdurmaya yönəlib. Bu hadisələr fonunda Ukrayna həm maliyyə, həm də hərbi dəstəkdən məhrumdur. ABŞ-dən ona 60 milyard dollara qədər əlavə hərbi yardımın ayrılması təklifi hələ Amerika Konqresindən keçməyib. Və Aİ liderləri də növbəti 4 il ərzində Ukraynaya 50 milyard dollardan çox yardımın verilməsini təsdiqləməyə uğursuz cəhd edirlər”,- deyə nəşr qeyd edib.
Ayşən