Ukraynanın baş nazirinə qarşı protokol tərtib edildi

Ukraynanın baş nazirinə qarşı protokol tərtib edildi Dünya

Ukraynanın hüquq-mühafizə orqanları korrupsiyanı ifşa edən şəxs haqqında məlumatın açıqlanması ilə əlaqədar baş nazir Denis Şmıqala qarşı protokol tərtib edib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NACP) Telegram kanalında məlumat verilib.

“O, xidməti vəzifələrinin icrası ilə bağlı məlumat verən şəxs haqqında ona məlum olan məlumatları qanunsuz olaraq açıqlayıb”, – nəşrdə deyilir.

Bəyanatda qeyd olunur ki, protokolu qurumun rəhbəri Aleksandr Novikov şəxsən tərtib edib . Eyni zamanda, nəzarət orqanının məlumatına görə, Ukrayna hökumətinin sədri qumar oyunlarını tənzimləyən komissiyanın nümayəndəsindən korrupsiya ilə bağlı məlumat alıb.

Günahı sübuta yetirilərsə, baş naziri cərimə və bir il müddətinə bir sıra dövlət vəzifələrində işləmək hüququndan məhrum etmə gözləyir. 

Nəzrin