Yaponiya XİN başçısı Türkiyəyə niyə səfər edir?

Yaponiya XİN başçısı Türkiyəyə niyə səfər edir? Dünya

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək.

News.24.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumata görə,  səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlıdır.

Nazir səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Mehriban Mirzəzadə