Zelenski tarixi fərman imzaladı

Zelenski tarixi fərman imzaladı Dünya

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb.

News24.az xəbər verir ki, söhbət Rusiyanın Voronej, Kursk, Rostov və Belqorod vilayətlərindən gedir.

“Bu gün biz təkcə Ukraynanın və xalqımızın birliyini gücləndirmək üçün deyil, həm də hüquq və azadlıqların birliyi, ukraynalılar haqqında həqiqətlər, bizim haqqımızda həqiqətlər və tariximiz haqqında həqiqətlər üçün addımlar atmalıyıq. Bu qayıdışdır. Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqət”, - dövlət başçısı Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Ali Radaya çoxlu vətəndaşlıq haqqında qanun layihəsi təqdim etdiyini açıqlayıb. Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.