Bakıda ölümlə nəticələnən partlayışla bağlı FHN-dən AÇIQLAMA
    • 29-10-2019, 18:14
    • 692

Bakıda ölümlə nəticələnən partlayışla bağlı FHN-dən AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi qayıqda baş verən partlayışla bağlı məlumat yayıb.

News24.az xəbər verir ki,  "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.