Adam öldürüb hadisə yerindən qaçan sürücü ƏLƏ KEÇDİ
    • 6-01-2020, 13:34
    • 540

Adam öldürüb hadisə yerindən qaçan sürücü ƏLƏ KEÇDİ

Bakıda qəza törədib qaçan sürücü tutuldu.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.