10 yaşlı Nərminin faciəvi qətli PREZİDENT İLHAM ƏLİYEVİN NƏZARƏTİNDƏDİR
    • 9-01-2020, 17:41
    • 1 842

10 yaşlı Nərminin faciəvi qətli PREZİDENT İLHAM ƏLİYEVİN NƏZARƏTİNDƏDİR

Baş Prokurorluqda əməliyyat müşavəsi keçirilib.

News24.az müşavirədə çıxış edən  Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı dövlət başçısının xüsusi nəzarətindədir: "İctimaiyyəti narahat edən bu faktla bağlı başlanmış cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir".

Z.Qaralov intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verib.