Məcburi köçkünlərin məskunlaşdığı evdə YANĞIN
    • 20-01-2020, 08:49
    • 1 258

Məcburi köçkünlərin məskunlaşdığı evdə YANĞIN

Beyləqan rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.