Azərbaycanda dəhşətli qəza törədib qaçan sürücüdən YENİ XƏBƏR
    • 22-03-2020, 14:21
    • 816

Azərbaycanda dəhşətli qəza törədib qaçan sürücüdən YENİ XƏBƏR

Balakəndə ağır yol qəzası törədərək hadisə yerindən qaçdığına görə tutularaq məsuliyyətə cəlb edilən sürücü ilə bağlı Ali Məhkəməyə müraciət edilib.


News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni, sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham edilərək təqsirli bilinən və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Əliyev Tural Nurəddin oğlunun işinə yenidən baxılması xahiş edilib. İşə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığ məlumatda qeyd edilib ki, fevralın 19-da saat 23 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış R.Haqverdiyev və R.İsayev Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.


Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Aparılmış tədbirlər nəticəsində T.Əliyev tutularaq istintaqa cəlb olunub.


Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.