"Liverpul"un dörd dəfə dünya çempionu olmuş futbolçusu VƏFAT ETDİ
    • 13-04-2019, 11:20
    • 1 106

"Liverpul"un dörd dəfə dünya çempionu olmuş futbolçusu VƏFAT ETDİ

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Tommi Smit dünyasını dəyişib. 

News24.az
bildirir ki, bu barədə "Report" klubun saytına istinadən xəbər verib.

Keçmiş müdafiəçi 74 yaşında vəfat edib. 

Smit 1962-1978-ci illərdə "Liverpul"un formasını geyinib. O, komandanın heyətində 638 oyuna 48 qol vurub. 
 
Qeyd edək ki, Tommi Smit klubla birgə 4 dəfə İngiltərə çempionatının, Çempionlar Liqası və UEFA Kubokunun qalibi olub.