Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən keçmiş məhkum SAXLANILDI
    • 25-04-2019, 11:58
    • 845

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən keçmiş məhkum SAXLANILDI

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub. 

Araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. 

DİN-in Mətbuat Xidmətində News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş Təbriz Zeynalov olduğu müəyyən edilib. 

Araşdırma aparılır.