Xaçmazda narkotik alverçiləri ƏLƏ KEÇDİ
    • 6-09-2019, 11:21
    • 1 075

Xaçmazda narkotik alverçiləri ƏLƏ KEÇDİ

DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzov stansiya ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan 385 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Ağayar Vəliyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı isə ondan 5, 812 qram marixuana aşkarlanıb.

Hər iki faktla əlaqədar Xaçmaz Xətt Polis Şöbəsində araşdırmalar aparılır.