Yasamalda restorandakı kütləvi dava bıçaqlanma ilə bitdi
    • 2-10-2019, 01:19
    • 1 378

Yasamalda restorandakı kütləvi dava bıçaqlanma ilə bitdi

Yasamal rayonunda restoranda kütləvi dava zamanı 1 nəfər bıçaq xəsarəti alıb.


News24.az xəbər verir ki, hadisə Mətbuat prospektində, “Star Hall” restoranında baş verib. Bir neçə nəfər arasında baş verən dava zamanı 1994-cü il təvəllüdlü Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.