"Təki evlən, toyunda özüm oxuyacam" - XALQ ARTİSTİ ELMİRA RƏHİMOVA SÖZ VERDİ
    • 3-02-2020, 16:46
    • 1 359

"Təki evlən, toyunda özüm oxuyacam" - XALQ ARTİSTİ ELMİRA RƏHİMOVA SÖZ VERDİ

Azərbaycan musiqisini canlı əfsanəsi, tanınmş sənətçi Elmira Rəhimova bu gün “Liatris Holdinq”-in qonağı oldu. 
hər kəsi səsinə, sənətinə heyran edən böyük sənətkarın bu gözlənilməz gəlişi böyük maraq və sevinc doğurdu.

Xalq artistini “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva qarşılayaraq ona gül dəstəsini təqdim elədi. “Sizin bu gün bizim müsafiriniz olmağınız qürurvericidir. Siz Azərbaycan musiqisində nadir səsə malik olan dəyərli sənətkarlarımızdansınız” deyərək Xalq artistinin gəlişindən məmnunluğunu ifadə etdi. 

Daha sonra  xalq artisti News24.az-ın kollektivi ilə birgə söhbətləşərək sənətindən, səhhətindən və arzularından danışdı. 
“Azərbaycan istedadlı insanların vətənidir” deyən sənətkar ölkəmizin yalnız musiqi deyil, çox sahələrdə uğurlu şəxsiyyətlər yetişdirdiyini vurğuladı: “Bu ölkədə o qədər uğurlu, bacarıqlı insan var ki... Əminəm ki, musiqidə bizim qoyduğumuz yol ləqayətlə davam edəcək. Kənardan izləyirəm ki, nə qədər gözəl oxuyan gənc ifaçılar var. Çox arzulayıram ki, onlar mənim repertuarımdakı mahnılarımı səsləndirsinlər”.

Görüş zamanı Xalq artistinin Liatris Holdinq”ə gəlişinin təşəbbüskarı hacı Nuranın doğum günü qeyd olundu.

Elmira xanımı mənəvi anası sayan Hacı Nuran sənətkardan yeni yaşının xeyir-duasını aldı. Elmira xanım da ona öz növbəsində  “ Mənim ən böyük arzum sənin toyunu görməkdir.  Azərbaycanda hansı qapını döysən, sənə qız verərlər. Yetər ki, sən bir xanımı seç, sev”. 

Xalq artistinin “görürsən, mənim də səhhətimdə problem var. Bəlkə heç o biri doğum gününü mən görmədim” deməsi isə hər kəsi kövrəltdi. Amma az sonra dediyi kəlmələr isə ovqatı pozitivə dəyişdi:“Toy elə, sənin toyunda özüm oxuyacam”