"Məni görüb ağladılar..." - Türkiyənin məşhur aktrisası Bakıda
    • 26-11-2019, 11:09
    • 769

"Məni görüb ağladılar..." - Türkiyənin məşhur aktrisası Bakıda

Ötən gün Beşinci Türk Filmləri Həftəsi başlayıb. Bu münasibətlə qonşu ölkə Türkiyədən məşhur sənətçilər Bakıya gəlib. Onlardan biri isə "Kırgın çiçəklər" serialı ilə məşhurlaşan aktrisa Çağla İrmakdır. 

Aktrisa fikirlərini News24.az-la bölüşüb: "Bakıya ilk dəfədir gəlirəm, amma çox bəyəndim. Əminliklə söyləyə bilərəm ki, yaşamaq üçün rahatlıqla ölkənizi seçə bilərəm. Hətta tətil üçün yayda mütləq buraya gələcəyəm. Yeməkləriniz çox dadlıdır. İlk növbədə İçərişəhəri gəzdik. Burda sevilmək, tanınmaq çox gözəl hissdir. Bəzən pərəstişkarlarım məni görüb ağlayıb, deyirlər ki, sən yazıq "Kırgın çiçekler" serialında nələrə dözmüsən. Onlar ağlayanda, mən də pis oluram. Bakıda məni görənlər ilk olaraq təəccübləndilər, sonra isə sevinib, şəkil çəkdirdilər. Bu cür reaksiyanı gözləyirdim. Çünki "İnstagram"da fotolarımın altında azərbaycanlı sevənlərim hər zaman müsbət rəylər yazırdılar. Azərbaycanlı sənətçiləri tanımıram, amma tanışıb birgə layihədə iştirak etməyi çox istəyərdim. Musiqilərinizi də dinləməyi çox sevirəm. Ən çox "Küçələrə su səpmişəm" musiqisini bəyənirəm. Film həftəsində mənim çəkildiyim "Çakallarla dans-5" filmi nümayış olunacaq. Hələ dörd gün Bakıda olacağıq".

Sevda Bayramova