Vasif Məhərrəmlinin dili BAŞINA BƏLA OLDU
    • 17-01-2020, 17:28
    • 1 155

Vasif Məhərrəmlinin dili BAŞINA BƏLA OLDU



Azad Azərbaycan Televiziyasında yayımlanan "Şou ATV" verilişinin növbəti qonaqları Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatirə İslam olub.

News24.az xəbər verir ki, proqram əsnasında Məhərrəmli nalayıq söz işlədib. Bu isə mediada birmənalı qarşılanmayıb. İfaçının duet ortağı "İnstagram"da Əməkdar artistə tərəf çıxaraq bu sözləri yazıb: "20 illik dostum, üstümüzdə göz-nəzər var. Qətiyyən əsəbiləşmək olmaz. Çünki sənin necə savadlı və mədəni bir ailə başçısı olduğunu illərdir görürük. Sən harda, nəyi deyəcəyini hamıdan gözəl bilirsən. Vasifin orada işlətdiyi cümlə budur: "Üzünü niyə çöyürdün (çevirdin) ağız?" Qazax ləhcəsində belədir".

Sevda Bayramova