Kərimdən şok açıqlama:
    • 9-02-2020, 12:07
    • 2 004

Kərimdən şok açıqlama: "Ölməyim üçün cadu edənlər var"

“Mənə cadu edilməyən gün varki? Mənim ölməyim üçün cadu edənləri bilsəniz...”

News24.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “X maqazin” verilişinin “X adam” rubrikasında deyib. İfaçı bildirib ki, bu haqda ona həmin falçının yanında olan adamlar məlumat veriblər: “Deyirlər ki, mənim və yoldaşımın şəklini aparıblar ki, bizi ayırsınlar. Fakt olaraq iki nəfər yazıb mənə. Hətta şəklimizə kimi göndəriblər. Bir falçının qızı da mənə məlumat verib. Dedi ki, anası həmin şəxslərə mənə cadu edəcəyini deyib, amma sonradan etməyib”.