"800 manat verib konsertə bilet aldım..." - DİLARƏ ƏLİYEVA
    • 25-02-2020, 13:29
    • 1 834

"800 manat verib konsertə bilet aldım..." - DİLARƏ ƏLİYEVA

"Söhbət var, özü də bolluca, çox. İşlərim qaydası ilə gedir".

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa bu yaxınlarda stand up janrında solo-konsert eləmək istədiyini bildirib: "Əslində mart ayında konsert eləməyi düşünürdüm, amma hələ ki, alınmır. Çünki yüksək səviyyədə stand up konsertin reallaşması üçün çox işlər görülməlidir. Təsəvvür edin, cəmi bir adam səhnədə iki saat boyunca tamaşaçıları güldürməlidir, maraqlı söhbətlər eləməlidir, yaranan problemlərə satira ilə yanaşıb ortaya düşündürücü səhnəciklər çıxarmalıdır. Bu isə asan məsələ deyil. Ona görə də hələ ki, özümü buna hazır bilmirəm. Hər hadisəyə bir stand up hazırlamaq olar. Hətta çöldən zala girib kiminləsə görüşməyi belə bir səhnəciyə çevirmək olar. Məsələn, birdən-birə istəmədiyim adamı görəndə içində deyirsən ki, "Kaş, bunu görməzdim, indi necə qopacam bundan", amma üz-üzə gələndə əksinə "Salam canım, necəsən?" deyə reaksiya bildirirsən".

D. Əliyeva Azərbaycanda stan up janrının qəbul olunduğunu vurğulayıb: "Biz də ən çox qadın-kişi münasibətləri, ailə məişət zəmnində yaranan problemlər, gəlin-qayınana, baldız söhbətlərini stand upa çevirirlər. Biz də bu janra münasibət çox yaxşıdır. İlk bunu başlayan Fərda olub. Onun konsertləri daima anşlaqla keçib".

Aktrisa Cem Yılmaz haqda fikirlərini bölüşüb: "Baxmayaraq ki, Cem Yılmazın Bakı konsertinin biletləri "ceyran dağı"nı aşmışdı, amma yenə də hər kəs sevə-sevə gedib izlədi. Mən də 800 manat biletə pul verib, konsertə getdim. Şəxsən ondan çox bəhrələnirəm. Çünki o dünyaya meydan oxuyan komediya ustasıdır, işinin peşəkarıdır, hər stand upı bir dərslikdir. Onda yumor hissi aşırı dərəcədə çoxdur və çox maraqlı insandır".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov