Salyanda Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq – SƏRƏNCAM
    • 18-03-2019, 20:00
    • 940

Salyanda Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, sərəncama əsasən, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.