DSX rəisi Eldar Quliyevi medalla TƏLTİF ETDİ - FOTO
    • 16-08-2019, 11:54
    • 1 302

DSX rəisi Eldar Quliyevi medalla TƏLTİF ETDİ - FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan xalq artisti, Azərbaycan kino sənətinin canlı əfsanəsi kino­rejis­sor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli filmini Azərbaycan sərhədçilərinin bir əsrlik tarixinə həsr edib.

Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin aparatında bu sənədli filmin təqdimatı keçirilib.

Zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fəda­kar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.

Filmə baxışdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.