DYP instaqram hesabı açdı
    • 6-12-2019, 10:53
    • 686

DYP instaqram hesabı açdı

Daxili İşlər Nazirliyi əhalinin məlumatlandırılmasında sosial şəbəkələrin rolunu artırır. 
News24.az xəbər verir ki, bu dəfə Dövlət Yol Polisinin “dyp.polisazerbaycan” adlı instaqram səhifəsinin yaradılmasına göstəriş verilib.
Bununla bağlı DYP-nin yaydığı məlumatda qeyd edilir ki, məqsəd DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olmasıdır: 
“Ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik”.