AzTV-nin Səsyazma Studiyasına yeni rəhbər təyin edildi EKSKLÜZİV
    • 1-02-2020, 10:00
    • 2 055

AzTV-nin Səsyazma Studiyasına yeni rəhbər təyin edildi EKSKLÜZİV

Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyasına yeni rəhbər təyin edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Səsyazma Studiyasınım yeni rəhbəri Əməkdar artist Zaur Əmiraslanovdur.

O bu vəzifəyə AzTV-nin rəhbəri Rövşən Məmmədovun müvafiq əmri ilə təyin olunub. Ötən gün yeni rəhbər kollektivə təqdim olunub.