Sabah hava buludlu olacaq
    • 23-03-2020, 12:30
    • 643

Sabah hava buludlu olacaq

Martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə News24.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Səhər bəzi yerlərdə zəif duman olacaq. Bilidirilir ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti,
Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı  yerlərdə  zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  15-20° isti, 
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacaq.