Azərbaycanda dayanacaqlarda maskadan istifadə MƏCBURİ OLDU
    • 29-05-2020, 16:18
    • 701

Azərbaycanda dayanacaqlarda maskadan istifadə MƏCBURİ OLDU

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.