Azərbaycanda orqan nəqli gözləyən uşaqların sayı açıqlandı - Rəsmi

Azərbaycanda orqan nəqli gözləyən uşaqların sayı açıqlandı - Rəsmi Sosial

Hazırda Azərbaycanda orqan nəqli üçün gözləmədə 500-ə yaxın uşaq var.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin görülməsi, həmçinin donor bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd olunur ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də ictimai maarifləndirmənin gücləndirilməsi prioritet istiqamətlərdən biridir.