Bu şəxslərə siqaret satışı qadağan edildi

Bu şəxslərə siqaret satışı qadağan edildi Sosial

Maldiv adaları tütünlə mübarizədə yeni bir addım atıb.

News24.az xəbər verir ki, qəbul edilən yeni qanuna əsasən, 2007-ci il yanvarın 1-dən sonra doğulan hər kəs üçün siqaret çəkmək, tütün məhsulları almaq və satmaq qadağan edilir.

Səhiyyə Nazirliyi bu addımı ölkə üçün tarixi mərhələ kimi dəyərləndirərək bildirib ki, məqsəd sağlam, tütündən uzaq nəsil formalaşdırmaq və gələcək illərdə siqaret asılılığını tamamilə aradan qaldırmaqdır.

Yeni qanun çərçivəsində hökumət tütündən imtina etmək istəyən vətəndaşlar üçün xüsusi klinikalar açacaq, siqareti tərgidən şəxslər üçün mükafatlandırma və təşviq proqramları tətbiq edəcək.