Sərnişinlərin diqqətinə! Bu tarixdən avtobuslarda yeni ödəniş tətbiq ediləcək

Sərnişinlərin diqqətinə! Bu tarixdən avtobuslarda yeni ödəniş tətbiq ediləcək Sosial

Artıq Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəmək mümkündür. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də bu imkanı yaradır.

Bəs avtobuslarda NFC dəstəkli yerli bank kartları ilə ödəniş sistemi nə zaman tətbiq olunacaq?

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq "BakıKart"dan bildirilib ki, yaxın zamanda avtobuslarda NFC dəstəkli ödəniş sistemi tətbiq olunacaq:

"İlin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq. Bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq. Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur".