"Heç kim bilməzdi ki, adi bir metro səfəri faciə olacaq" - Anar Mirzəyev

"Heç kim bilməzdi ki, adi bir metro səfəri faciə olacaq" - Anar Mirzəyev Sosial

“Cəmşid Naxçıvanski adına hərbi lisey 1995-ci il 28 oktyabrda metropolitendə baş vermiş dəhşətli yanğında bir çox şəhid verdi".

News24.az xəbər verir ki, bunu Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi, polkovnik Anar Mirzəyev deyib.

Onun sözlərinə görə, həmin faciə təkcə paytaxt sakinlərini deyil, bütün Azərbaycan xalqını sarsıtdı:

“Yanğında həyatını itirənlərin arasında hərbi institutun kursantları da var idi. Onlar o zaman vətənə xidmət yolunda yetişən gənclər idi və heç kəs təsəvvür etməzdi ki, adi bir metro səfəri onlar üçün sonuncu olacaq”.

Anar Mirzəyev bildirib ki, institutda hər il 28 oktyabrda bu faciə ilə bağlı anım tədbirləri keçirilir:

“Biz bu gün şəhid olmuş həmvətənlərimizin və institutumuzun qəhrəman gənclərinin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı və faciəli ölümü bizə həyatın dəyərini, təhlükəsizliyin və məsuliyyətin əhəmiyyətini bir daha xatırladır. Gənc hərbiçilər üçün bu həm də unudulmaz bir dərsdir. Bu, xalqına xidmətin və insani dəyərlərə sədaqətin simvoludur”.