“Osman əmi, artıq sən bir şəhid atasısan...” - Video

“Osman əmi, artıq sən bir şəhid atasısan...” - Video Sosial

Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən biri də 37 yaşlı Emrah Kurandır.

News24.az-ın məlumatına görə, Türkiyə KİV-də baş gizirin ailəsinə onun şəhid olduğu xəbərinin verildiyi anın videosu yayılıb.

Atasına onun şəhid xəbəri belə verilib: “Osman əmi, artıq sən bir şəhid atasısan...”

Qeyd edək ki, E.Kuran evli idi, 3 övladı qalıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə SQ-yə məxsus C-130 hərbi yük təyyarəsi qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 20 hərbçinin hamısı həlak olub.(Qafqazinfo)

“Osman əmi, artıq sən bir şəhid atasısan...” - Video