Rauf Abdullayev xəstəxanaya yerləşdirildi
Sosial
Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
News24.az xəbər verir ki, dirijor bir neçə gün əvvəl yıxıldığını və xəstəxanaya yerləşdirilərək əməliyyat olunduğunu deyib.
Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.
"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur. (apa.az)