Romada həmyerlimiz itkin düşüb
Sosial
Romada həmyerlimiz itkin düşüb. Məlumata görə, Sona Quliyeva Camil qızı noyabrın 3-də Bakıdan uçub və Roma hava limanına enib.
News.24az xəbər verir ki, Romaya eniş etdikdən sonra Sona Quliyeva video paylaşaraq “Romaya çatdım” deyə qeyd edib, lakin daha sonra ondan heç bir xəbər alınmayıb.
Sona Quliyeva İtaliyaya səyahət məqsədilə gedib, üzərində böyük məbləğdə pul və telefon olub.