Sığınacağa verilən uşaqlardan xəbər var: 3 aydır...

Sığınacağa verilən uşaqlardan xəbər var: 3 aydır... Sosial

Goranboy sakini Samirə Qarayevanın uşaqları artıq üç aydır dövlət müəssisəsindədir.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin müvafiq müəssisəsinə yerləşdirilən, baxımsız və sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqlar fərdi inkişaf planı əsasında reabilitasiya prosesinə cəlb olunublar:

“Artıq üç aydır ki, müəssisədə yaşayan uşaqların ehtiyacları qiymətləndirilib və bu istiqamətlər üzrə onlarla sosial iş aparılır.”

Qeyd edək ki, ARB-nin “Səni axtarıram” verilişində Goranboy rayon sakini Samirə Qarayeva sosial yardım ala bilmədiyini əsas gətirərək, uşaqlarını sığınacağa yerləşdirmək istədiyini bildirib. Daha sonra o, uşaqları ilə sağollaşaraq onları dövlət qurumunun əməkdaşlarına təhvil verib.

Hadisə ictimaiyyətdə geniş müzakirəyə səbəb olub və ananın addımı birmənalı qarşılanmayıb.

Nilufər