Taleh Qaraşovun ailəsində AĞIR İTKİ

Taleh Qaraşovun ailəsində AĞIR İTKİ Sosial

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova ağır itki üz verib.

News24.az-ın əldə etdiyi məlumata görə, icra başçısının dayısı Hikmət Nağıyev vəfat edib.

66 yaşlı H.Nağıyevin ötən gün yaşadığı rayonda qəfil ürək tutmasından vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Taleh Qaraşov 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

O, 2012-ci ildən Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini icra edir.

Yaşar Araz