Türkiyə səfiri: "Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir"
    • 26-02-2023, 11:38
    • 144

Türkiyə səfiri: "Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir"

"Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir. Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı deyib.

O qeyd edib ki, bu gün şəhidlərimizin qəbirləri Çanaqqalada və Bakıda yan-yana yatır: "Türk millətinin ən ağır faciələrindən biri də Xocalı soyqırımıdır. Qarabağın ermənilər tərəfindən işğalı ilə qətliamlar 100 minlərlə qardaşımızın yurd yuvalarından didərgin düşmələri bizim də kədərimiz olub. Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir".

Qumral Əliyeva