Tünzalənin gözəlləşmək üsulu birmənalı qarşılanmadı - VİDEO
    • 30-01-2019, 15:55
    • 994

Tünzalənin gözəlləşmək üsulu birmənalı qarşılanmadı - VİDEO

Hər zaman baxımlı və gözəl görünən Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə gözəllik sirlərindən birini paylaşıb.

News24.az xəbər verir ki, müğənninin bu videosu sevənləri tərəfindən birmənalı qarşılanmayıb.

Tünzalə Ağayeva üzünə düzdüyü ilbizlərlə birlikdə videogörüntü paylaşıb. 

Qeyd edək ki, kosmetoloqlar insan sifətindəki qırışlar, arzuolunmaz xallar və dəri qocalmasının qarşısının alınması üçün “ilbiz terapiyası”nın əvəzolunmaz vasitə olduğunu deyirlər. İlbizin qişasının tərkibindəki hiylaron turşusu, zülal və antioksidantlar üz dərisinə çox gözəl təsir edir, cavanlaşdırıcı effekt yaradır, eyni zamanda, çapıq və yara izlərini yox edir.

Bu proseduru həyata keçirmək üçün üz kosmetik vasitələrlə təmizlənir, sonra yanaqlara və alına ilbizlər düzülür. 60 dəqiqə davam edən seans ərzində ilbizlər istədikləri kimi hərəkət edirlər.