"Ailə quranda da, boşananda da yanımda oldu"
    • 28-02-2023, 18:26
    • 639

"Ailə quranda da, boşananda da yanımda oldu"

Aktrisa Zümrüd Qasımova və Sevinc Əliyeva küsülü olmaqları xəbərlərinə münasibət bildirib.

News24.az  xəbər verir ki, bu haqda Sevinc Zümrüd instaqramda canlı yayımda olarkən danışıb.

O, izləyicinin küsülü olmaqları ilə bağlı sualına "Həyatda nə baş verə bilər ki, bizim aramızda söz-söhbət olsun? Mümkün deyil. O qədər keşməkeşli şeylərdən keçdik ki... Ailə quranda da, boşananda da Zümrüd yanımda olub. Uşaqlarım dünyaya gələndə də yanımda idi. Mən də hər zaman onun yanında olmağa çalışmışam. Dalaşmaq nədir, artıq qocalmışıq" cavabını verib.