Avtomobilə quraşdırılmış qaz balonu belə partladı – ÖLƏN VAR – VİDEO
    • 2-03-2023, 15:11
    • 189

Avtomobilə quraşdırılmış qaz balonu belə partladı – ÖLƏN VAR – VİDEO

Bir neçə gün əvvəl Özbəkistan Respublikasında qaz dolum məntəqələrindən birində partlayış olub.

News24.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, hadisə vaxtı avtomobilə quraşdırılmış qaz balonu partlayıb. Nəticədə balon maşından uzaqlaşaraq kənardakı maneəyə dəyib və geri qayıdıb.

Geri qayıdan qaz balonu orada işləyən operatora çırpılıb. Nəticədə məntəqə əməkdaşı hadisə yerində ölüb.

Dəhşətli hadisənin anbaan görüntülərini təqdim edirik.