İndi də “beyin yeyən amöb” yayıldı, bir nəfər dünyasını dəyişdi
    • 3-03-2023, 13:56
    • 587

İndi də “beyin yeyən amöb” yayıldı, bir nəfər dünyasını dəyişdi

ABŞ-ın Florida ştatında bir nəfər beyin yeyən “beyin yeyən amöb”ə (Naegleria fowleri) yoluxduqdan sonra ölüb.

News24.az xəbər verir ki, Floridanın cənub-qərbindəki Şarlotte ştatının səhiyyə mütəxəssisləri qurbanın burun sinuslarını yuduqdan sonra bu virusa yoluxduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, virus beyni burun vasitəsilə yoluxdurur. Bu amöblər adətən üzgüçülük hovuzları, göllər və isti, şirin sularda yaşayırlar.

Qeyd edək ki, "Naegleria fowleri"ndən əziyyət çəkən insanlarda yüksək hərarət, ürəkbulanması, qusma, sərt boyun və baş ağrısı kimi simptomlara rast gəlinir. Xəstələrin əksəriyyəti bir həftə ərzində ölürlər.