"Sputnik V" vaksininin yaradıcısı öldürüldü
    • 3-03-2023, 14:11
    • 116

"Sputnik V" vaksininin yaradıcısı öldürüldü

Moskvada 29 yaşlı gənc qətl törədib.

News24.az xəbər verir ki, o, mübahisə etdiyi şəxsi kəmərlə boğaraq öldürüb.

Araşdırmalar zamanı öldürülən virusoloq Andrey Botikov olduğu üzə çıxıb. 

Botikov "Sputnik V" vaksini yaradan N. F. Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin 18 alimindən biri olub. 

İstintaq Komitəsinin məlumatına görə, alim martın 2-də Roqova küçəsindəki şəxsi mənzilində qətlə yetirilib.

Bildirilib ki, A.Botikov və onu qətlə yetirən şəxs öncə mübahisə ediblər. Daha sonra isə münaqişə zəminində gənc oğlan onu kişini boğub.

Qatil həbs edilib və günahını boynuna alıb.

Məlum olub ki, o, əvvəllər də ağır cinayətə görə məhkum olunub. /Regnum/

Teymur MƏMMƏDOV