Bakıda yanğın hadisəsi baş verib
    • 6-05-2022, 22:12
    • 255

Bakıda yanğın hadisəsi baş verib

Bakıda yanğın hadisəsi olub.

Hadisə Nəsimi rayonunda, “20 Yanvar dairəsi” yaxınlığında, “Bravo” supermarketin arxasındakı boş ərazidə - zibilxanada qeydə alınıb. Hadisə zamanı 150 kv m. ərazidə məişət tullantıları yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb./Report.az/