Sabah Bakıda intensiv yağış yağacaq
    • 8-03-2023, 12:18
    • 166

Sabah Bakıda intensiv yağış yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.