Trampın gəlini Harrisi zibil torbasına bənzətdi
    • Dünən, 22:20
    • 57

Trampın gəlini Harrisi zibil torbasına bənzətdi

Respublikaçılar Partiyasının Milli Qurultayının həmsədri və Donald Trampın gəlini Lara Tramp vitse-prezident Kamala Harrisi dəbdəbəli “zibil torbası” ilə müqayisə edib.

News24.az xəbər verir ki, Lara Trump, "əsas media tarixi yenidən yazmağa çalışdığını" söylədi və əlavə etdi: 

"Onların Kamala Harrisi dəstəkləmək və onu Amerika xalqına inanılmaz bir siyasi fiqur kimi satmaq üçün səylərini görmək inanılmaz idi".

Sabiq prezidentin gəlini deyib:

"Bu, mənə çox məşhur bir dizayner tərəfindən hazırlanmış bir çanta var idi onu xatırladır. Bu, bir neçə il əvvəl idi. Bu, sözün əsl mənasında, zibil çantası idi, amma insanların həqiqətən alacağını düşünərək, 2000 dollara satdılar. Kamala Harris kimi.."


Günel Məlikzadə