Sibel Can səhnədə azərbaycanlı gənclə rəqs etdi - VİDEO
    • 9-03-2023, 12:25
    • 665

Sibel Can səhnədə azərbaycanlı gənclə rəqs etdi - VİDEO

Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqress Mərkəzində konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, müğənni alqışlarla səhnəyə çıxıb. İfaçı ilk ifasından sonra Türkiyədə yaşanan zəlzələni xatırladaraq konsertdən gələn gəliri zəlzələdən zərər çəkənlərə bağışlayacağını açıqlayıb.

Müğənni eyni zamanda Azərbaycan mahnıları “Ayrılıq”, “Daşlı qala” mahnısını oxuyub. 

Daha sonra azərbaycanlı gənc konsert zamanı Sibel Cana Türkiyə ilə Azərbaycan bayrağı hədiyyə edib və bildirib ki, yuxusunda Sibel Canı görüb. Sibel Canla səhnəyə çıxan gənc onunla “Daşlı qala” mahnısına rəqs edib. Sibel Canın rəqsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Könül İbrahim