Laborant universitetdə öldü
    • 9-03-2023, 12:29
    • 197

Laborant universitetdə öldü

Memarlıq və İnşaat Universitetinin əməkdaşı Kosayeva Aybəniz Qədir qızı bu gün universitetdə vəfat edib.

News24.az xəbər verir ki, onun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.

Məsələ ilə bağlı AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev saytımıza bildirib ki, bu gün səhər saatlarında Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib:

“Universitetin tibb xidmətinin və çağrılan təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təşxisinə görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Kollektivimiz adından  Aybəniz xanımın yaxınlarına başlağlığı veririk. Allah rəhmət eləsin”.

Qeyd edək ki, A.Kosayevanın 72 yaşı olub. O, 1975-ci ildən Memarlıq və İnşaat Universitetində çalışırmış.