Zaur Mirzəzadə azadlığa buraxıldı
    • 15-03-2023, 16:40
    • 310

Zaur Mirzəzadə azadlığa buraxıldı

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş şikayətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsində dövlət ittihamçısının protesti rədd olunub.

Qərara əsasən, Zaur Mirzəzadə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraətverici hökmü qüvvədə saxlanılıb.
O, məhkəmə zalından azadlığa buraxılıb.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev apa-ya məlumatı təsdiq edib.

Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri idi.